Emelya Şaxavət qızı Süleymanova 1993-cü ildə Şərur rayonun Qarabağlar kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə orta təhsilini Qarabağlar kənd Sabit Səfərov adına 1 saylı tam orta məktəbdə almışdır. 2011-2015-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə bakalavr təhsili və 2015-2017-ci illərdə isə Naxçıvan Dövlət Universitetində “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistr təhsili almış, həmin ixtisası fərqlənmə ilə bitirmişdir. 2017-ci ildən “Naxçıvan” Universitetinin kitabxanasında biblioqraf vəzifəsi ilə iş fəaliyyətinə başlamışdır. 2018-ci il 26 oktyabr tarixindən baş kitabxanaçı vəzifəsində işləmiş, 2021-ci il 1 noyabr tarixindən isə şöbə müdiri vəzifəsində işləyir. 2019-cu ildən “Naxçıvan” Universitetinin dissertantıdır. Ailəlidir, iki övladı var.

ELMİ ƏSƏRLƏRİ

 1. Milli pedaqogikada xarakterin formalaşmasında şəxsi əməyin rolu barədə. “Naxçıvan” Universitetinin Elmi əsərləri 2018 №1(8)– s.303

2. Şəxsiyyətin təşəkkülü və inkişafında fasiləsiz təhsilin rolu. “Naxçıvan” Universitetinin Elmi əsərləri 2018 №3 (10)– s.245

3. Mütaliə mədəniyyəti. “Naxçıvan” Universitetinin Elmi əsərləri 2018  №4 (11) – s.255

4. Təlim prosesində şagirdlərin idrak fəallığının inkişaf xüsusiyyətləri. Gənc tədqiqatçıların II respublika elmi-praktik konfransının materialları. Azərbaycan Universiteti 2019 - s.377

5. İbtidai sinif şagirdlərinin bədii təfəkkürünün inkişaf etdirilməsində folklor nümunələrinin rolu. “Naxçıvan” Universitetinin Elmi Əsərləri 2019 № 4 (15) – s.195

6. Milli ənənələrdən istifadə metodikası. Naxçıvan: “Mədəniyyətlərin qovuşduğu məkan” Beynəlxalq elmi konfransın materiallları 2020 – s.442

7. The teachers experience in developing the students attention, willpower and thinking during the lesson. 5.İnternational Paris conference on social sciences. Paris, France 2021 – page.381

8. The importance of including folklore texts in the educational process in primary school. Tokyo Summit.3nd İnternational conference on innovative studies of contemporary sciences. Tokyo, Japan 2021 – page.209

9. Nizami Gəncəvinin hikmət və nəsihətlərinin ibtidai siniflərdə öyrədilməsinin əhəmiyyəti. Humanitar elmlərin inkişaf strategiyası Respublika elmi konfransı. Bakı 2021 – s.189

10. Novruz adət ənənələrinin kiçik məktəblilərə öyrədilməsində uşaqların milli dəyərlərimizə münasibətinin formalaşdırılması. 4th İnternational Nowruz conference on scientific research. Karabagh, Azerbaijan 2021 – s.447

11. Azərbaycan təhsili yenilik yollarında. Al-Farabi 9th İnternational conference on social sciences. “Nakhchivan” University, Azerbaijan 2021 – s.276

12. The role of examples of oral folk literature in the history of school and education development in Azerbaijan.4th İnternational New York conference on evolving trends in interdisciplinary research & practices. Manhattan, New York city 2021 – page.115

13. Şəxsiyyətin inkişafı və zamanın tələbləri “Naxçıvan” Universitetinin Elmi əsərləri 2021 №3 (22)– s.256

 

 

Bizimlə əlaqə

Naxçvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

  • dummy(036) 545 57 01

  • dummy(036) 545 15 16

  • dummy info@nu.edu.az