Quliyev Bəhruz Nəsib oğlu 1965-ci il noyabr ayının 9-da Şahbuz rayonun Şahbuz qəsəbəsində anadan olmuşdur. 1972-ci ildə Şahbuz rayonun Şahbuz qəsəbə Cəlil Məmmədquluzadə adına 1 saylı orta məktəbin 1-ci sinifinə daxil olub, 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirib. 1982-ci ilin avqust ayında Rusiyanın Sanktpeterburq (keçmiş Leninqrad) şəhərində Ali Hərbi Zenit Raket komandirlər məktəbinə qəbul olub. 1986-cı ildə həmin ali hərbi məktəbi bitirib. 12 sentyabr 1986-cı il tarixdən keçmiş SSRİ Silahlı Qüvvələrində tağım komandiri vəzifəsində fəaliyyətə başlayıb. 29 noyabr 1986-cı il tarixdən 24 avqust 1989-cı il tarixədək batareya komandiri, 24 avqust 1989-cu il tarixdən 11 noyabr 1990-cı il tarixədək ehtiyyat komanda məntəqəsinin rəisi, 11 noyabr 1990-cı il tarixdən 12 aprel 1991-ci il tarixədək batareya komandiri, 12 aprel 1991-ci il tarixdən 13 avqust 1992-ci il tarixədək ehtiyat komanda məntəqəsinin rəisi vəzifəsində xidmət edib. 15 sentyabr 1992-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissə komandirinin müavini vəzifəsində xidmətə başlayıb. 18 avqust 1993-cü il tarixdən 15 iyun 1994-cü il tarixədək N saylı hərbi hissədə batareya komandiri, 15 iyun 1994-cü il tarixdən 30 yanvar 1996-ci il tarixədək N saylı hərbi hissə komandiri, 30 yanvar 1996-cı il tarixdən 21 iyun 2002-ci il tarixədək N saylı hərbi hissədə baş mühəndis vəzifələrində xidmət edib. 21 iyun 2002-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır. 10avqust 2002-ci il tarixdən 26 mart 2004-cü il tarixədək N saylı hərbi hissənin nəzdində olan evlər idarəsinin rəisi, 14 iyul 2004-cü il tarixdən 05 avqust 2006-cı il tarixədək Göygöl rayon Qaz istismar idarəsində abonent qrup rəhbəri, 8 noyabr 2007-ci il tarixdən 10 mart 2011-ci il tarixədək Naxçıvan şəhər elektrik şəbəkəsində usta, 11 mart 2011-ci il tarixdən 7 noyabr 2011-ci il tarixədək Naxçıvan Texniki Peşə və Sürücülər məktəbində müəllim, 9 noyabr 2011-ci il tarixdən 26 iyul 2016-cı il tarixədək Heydər Əliyev adına Hərbi Liseydə hərbi rəhbər, 16 oktyabr 2016-cı il tarixdən 13 oktyabr 2017-ci il tarixədək Naxçıvan Dəmir Yolları MMC-nin Təhlükəsizlik idarəsinin rəisi, 1 fevral 2019-cu il tarixdən 9 sentyabr 2020-ci il tarixədək “Naxçıvan” Universitetində müəllim vəzifələrində işləyib. Hal-hazırda “Naxçıvan” Universitetində “Təbiət elmləri” kafedrasının müdiri vəzifəsində işləyir. Ailəlidir. 3 övladı var.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image