
Aysel Ələkbər qızı Əsədova 1998-ci il 9 noyabr tarixində Şərur rayon Qarabağlar kəndində anadan olmuşdur. 2005-ci ildə Naxçıvan şəhər Abbasəli Nəzərəliyev adına 16 nömrəli tam orta məktəbinə başlamışdır. 2016-ci ildə oranı bitirmişdir.
2016-cı ildə Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsi İngilis dili müəllimliyi ixtisasına daxil olmuşdur. 2020-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
2020-ci ildə Naxçıvan Dövlət Universiteti Magistratura Mərkəzi Dilşünaslıq (İngilis dili) ixtisası üzrə magistr pilləsinə qəbul olmuş, 2022-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
2022-ci ildən etibarən Dövlət İmtahan Mərkəzinin Naxçıvan regional bölməsi ilə zal nəzarətçisi kimi əməkdaşlıq edir.
2023-cü ilin fevral ayından etibarən Xarici dillər fakültəsində fakültə katibi və müəllim kimi işləyir.
2022-ci il 24 iyun tarixində IELTS imtahaninda iştirak etmiş və sertifikat almışdır.
Məqalələr:
- “About the study of anatomy and physiology of speech” (Naxçıvan Dövlət Universiteti-2021,Elmi əsərlər)
- “Mental approach to language”. (Naxçıvan Müəllimlər Universiteti-2022)