Ağayeva Gülçin Fizuli qızı 1992-ci il yanvarın 9-da Culfa rayonunda anadan olmuşdur. İbtidai təhsilinə 1998-ci ildə Culfa rayon 1 №-li orta məktəbində başlamışdır.2009-cu ildə orta məktəbi bitirərək Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasına daxil olmuşdur. 2013-cü ildə həmin universiteti bitirərək magistr pilləsində Qafqaz Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisasına qəbul olmuş və 2015-ci ildə həmin universitetdən məzun olmuşdur. 2016–cı il mart ayından “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsində dil kordinatoru vəzifəsində çalışmağa başlamışdır.Hazırda Beynəlxalq Münasibətlər kafedrasında müəllim olaraq işləyir.