“Naxçıvan” Universitetinin akt zalında tələbələrin məzun gecəsi keçirilib. Tədbir Azərbaycanın Dövlət Himni ilə başlanmışdır. Universitetin rektoru, professor İsmayıl Əliyev giriş sözü ilə çıxış edərək şərəfli tələbə adını daim uca tutmağı tövsiyyə etmiş, məzunlarla bağlı ürək sözlərini çatdırmış və universitetin fəaliyyəti ilə bağlı məlumat vermişdir.Bildirilmişdir ki, bu gün “Naxçıvan” Universiteti sözün əsl mənasında inkişaf mərhələsini yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 7 binadan və yardımçı qurğulardan ibarət müasir universitet şəhərciyi salınmışdır. Rektor “Naxçıvan” Universitetinin indi dünyanın 51 universiteti ilə əməkdaşlıq etdiyini və həmin universitetlərin kitabxanaları ilə sıx əlaqə saxlanıldığını ifadə edib. İ.Əliyev onu da bildirib ki, “Naxçıvan” Universitetində tələbələrin yüksək təhsilə yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb. Belə ki, kompyuter mərkəzləri, müasir və zəngin ədəbiyyatlarla təchiz olunmuş kitabxana, yüksək sürətli simsiz internet, asudə vaxtlarını səmərəli keçirmək üçün özfəaliyyət qrupları, açıq və qapalı idman meydançaları tələbələrin ixtiyarına verilib. 2014-2015-ci tədris ilinə qədər 11 ixtisas üzrə tədris aparan “Naxçıvan” Universiteti 2015-2016-cı tədris ilindən 13 ixtisas üzrə təhsilini aparır. O da vurğulanmışdır ki, bu il universitetdə bakalavr pilləsi üzrə 188 nəfər tələbə məzun olur. Sevindirici haldır ki, muxtar respublika rəhbərliyi tərəfindən gənclərimiz intellektual və yaradıcılıq potensiallarını daim artırır, təhsildə uğurlar qazanır, müxtəlif dövlət orqanlarında, icra strukturlarında, özəl bölmədə geniş təmsil olunurlar.
Tədbirdə ali təhsil ocağının tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli çıxışında məzunlara gələcək fəaliyyətində nailiyyətlər, mənsub olduqları xalqın, dövlətin adını ləyaqətlə, daim uca tutmağı arzulamış, təhsil aldıqları ali məktəbin adını doğruldacaqlarına inamını bildirmişdir.
Sonra universitetin ictimai və mədəni həyatında fərqlənən bir qrup məzuna fakültə dekanları tərəfindən“Təşəkkürnamələr”, diploməvəzi arayışlar, təqdim edilmişdir.
Məzunlar çıxışlarında universitetdə təhsil aldıqları müddətdə əhatə olunduqları yüksək diqqət və qayğıya, onlar üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirmiş, çıxış edən valideynlər muxtar respublikamızda təhsilə göstərilən qayğıdan danışmışlar.
Sonda tədbirin bədii hissəsində səslənən bir-birindən maraqlı musiqi nömrələri, şeirlər, tələbəlik həyatını əks etdirən slayd tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi