“Naxçıvan” Universitetində Almanya dili tədris mərkəzinin direktoru Zəhra Alıyeva ilə görüş keçirilmişdir. Universitetin rektoru,professor İsmayıl Əliyev qonağı salamlamış ali təhsil ocağının keçdiyi inkişaf yolu barədə məlumat vermişdir.Bildirilmişdir ki, universitetdə 4 fakültə, 9 kafedra, 5 şöbə fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 7 binadan və yardımçı qurğulardan ibarət müasir universitet şəhərciyi salınmışdır. Rektor “Naxçıvan”Universitetinin indi dünyanın 51 universiteti ilə əməkdaşlıq etdiyini və həmin universitetlərin kitabxanaları ilə sıx əlaqə saxlanıldığını ifadə edib.Rektor onu da bildirib ki, “Naxçıvan” Universitetində tələbələrin yüksək təhsilə yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb. Belə ki, komputer mərkəzləri, müasir və zəngin ədəbiyyatlarla təchiz olunmuş kitabxana, yüksək sürətli simsiz internet, asudə vaxtlarını səmərli keçirmək üçün özfəaliyyət qurupları, açıq və qapalı idman meydançaları tələbələrin ixtiyarına verilib.
Görüş zamanı Zəhra Alıyeva Universitetdə yaradılan Alman dili ixtisası üçün dili kabinəsinin açılması, Alman dili kitabxanasının qurulması,eləcə də universitet müəllimlərinin Alman dili mərkəzinin həyata keçirdiyi seminar və onlayn kurslarda iştirak etmələri və bir sıra məsələlərlə bağlı fikir irəli sürmüşdür.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi