Gürcüstanın Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Arçil Xabadze Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər çərçivəsində qonaq həmçinin “Naxçıvan” Universiteti ilə də tanış olmuşdur. Universitetin rektoru, professor İsmayıl Əliyev universitetin yaranmasından, fəaliyyətindən, mütəxəssis hazırlığı barədə məlumat vermişdir. Bildirlimişdir ki, ali təhsil ocağında 4 fakültə,9 kafedra var. Burada 1000 nəfərə yaxın tələbə 13 ixtisas üzrə təhsil alır. Universitet şəhərciyində salınan korpuslar ən müasir avadanlıqlarla təmin olunub. Tələbələrin burada istirahəti və yüksək səviyyədə təhsil almalarına hərcür şərait yaradılıb. Belə ki, kompyuter mərkəzləri, müasir və zəngin ədəbiyyatlarla təchiz olunmuş kitabxana, yüksək sürətli simsiz internet, asudə vaxtlarını səmərli keçirmək üçün özfəaliyyət qurupları, açıq və qapalı idman meydançaları tələbələrin ixtiyarına verilib.
Universitetin xarici dillər kafedrası ilə tanış olan qonaqlara məlumat verilib ki burada ingilis dili mütəxəssisləri hazırlanır. Bunun üçün hər cür şərait yaradılıb.Qonaqlar həmçinin universitetin rəsm qalareyası ilə də tanış olublar. Qalareyadakı rəsm əsərləri qonaqlar tərəfindən maraqla qarşılanıb. Məlumat verilib ki, burada universitetin müəllim və tələblərinin rəsm əsərləri nümayiş etdirilir. Sonra Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Cavid İsmayılovun “Haça Dağ” mənzərəsi rəsm əsəri Gürcüstanın Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Arçil Xabadzeyə təqdim olunmuşdur.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi