Bakıda mayin 31-də baş tutan və 1 iyunda yekunlaşan “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı başa çatıb.Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkil etdiyi gənc alim və mütəxəssislərin üçüncü qrant müsabiqəsinin qalibi olan layihə çərçivəsində, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elmi-təşkilatı dəstəyi ilə keçirilib.Tədbir qabaqcıl turizm regionlarının təcrübələrinin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi, Azərbaycanda və dünyadakı turizm regionlarının inkişafı və sektorda fəaliyyət göstərən müxtəlif təşkilatların işinin düzgün təşkili, həmçinin turizm üzrə ixtisaslaşan alim və mütəxəssislərin elmi tədqiqatlarının təşviqi baxımından da böyük əhəmiyyət daşıyırdı.
Konfransda EİF-in icraçı direktoru Elçin Babayev, ATMU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək mövzunun aktuallığından danışıblar. Bildirilib ki, konfransın işində Azərbaycandan olan alim və mütəxəssislərlə yanaşı, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ukraynadan da dəvətli məruzəçilər iştirak edirlər.
Məlumat üçün qeyd edək ki, konfransda “Naxçıvan” Universitetinin Turizm informasiya mərkəzinin rəhbəri Şahnaz Məmmədova “Turist və yerli əhali arasındakı münasibətlər” adlı məruzəsi ilə turizmə psixoloi aspektdən baxaraq yerli əhalinin turistlərə qarşı olan münasibətinin forma və tiplərindən danışaraq turizmdə insan faktorunu önə çəkmişdir. Həmçinin Turizm İnformasiya Mərkəzinin həyata keçirdiyi “Turizmə yararlı peşəkar sürücülər” adlı lahiyəsindən danışaraq bu lahiyənin maraq doğurmağına səbəb olmuşdur. Yekunda belə bir lahiyənin bütün regionlarda tətbiq olunması üçün təkliflər edilmişdir. Sonda Şahnaz Məmmədovaya sertifikat təqdim olunmuşdur.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi