“Naxçıvan” Universitetinin Turizm İnformasiya mərkəzinin nəzdində yaradılmış “Gənc Tur” qurumunun təqdimat mərasimi olub. Tədbiri giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirib ki, müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır.Ölkəmizdə eləcə də, muxtar respublikamızda bu sahənin inkişafına yüksək diqqət və qayğı ilə yanaşılır. Naxçıvan” Universitetində də yenicə yaradılmış  Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bir sıra layihələr hazırlanıb həyata keçirilir. Təqdimat mərasiminə yığışdığımız “Gənc Tur” qurumu da bu istiqamətdə həyata keçirilən tədbirlərin  davamıdır.
     Tədbirdə iqtisadiyyat üzrə fəlsəfə doktoru, Əli Cabbarovun “Naxçıvanda turizmin inkişafının mövcud problemləri”, Təbriz otelinin müdiri Bekir Başın “Naxçıvanda otellərin xidmət səviyyəsi”, Turizm İnformasiya mərkəzinin rəhbəri Şahnaz Məmmədovanın “Turist və yerli əhali arasındakı münasibətlər” mövzularında çıxışları dinlənilib.Qeyd olunub ki, bu il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə müxtəlif dövlət orqanları qarşısında mühüm vəzifələr qoyulub.Müşavirədə qeyd olunub ki, muxtar respublikada digər sahələr kimi turzim sahibkarlığı da inkişaf etdirilməlidir. Özəl sektor bu sahədə xüsusilə təşəbbüskar olmalı, real təkliflər ortaya qoyulmalıdır. Turizmin inkişafı turistlərin təhlükəsizliyinin qorunması məsələsini də aktuallaşdırır. Bu sahədə də aidiyyatı dövlət orqanları fəaliyyətlərini gücləndirməli, onlar işin təşkilinə diqqət artırmalıdır. Aidiyyatı dövlət orqanları turistlərin gediş-gəliş zamanı rəsmiləşdirmə qaydalarına düzgün riayət etməli, turistlərə heç bir maneə yaradılmamalıdır. Qarşıya qoyulan vəzifələrin icrası istiqamətində müxtəlif tədbirlər keçirilir.O da diqqətə çatdırılıb ki, muxtar respublikamızın turizm potensialı-əlverişli iqlimi,zəngin təbiəti, tairix-mədəni abidələri burada turzimin məhsulu kimi turistlərə təklif olunan yüksək xidmətin olmasından xəbər verir. Lakin turizm məhsulu olaraq təklif olunan xidmətlər turistlərin tələbinə uyğun olmalı və bu xidmətlərin reklamı düzgün təşkil edilməlidir.
     Sonra “Gənc Tur” qurumunun bələdçi heyəti tərəfindən hazırlanmış 5 dildə slayd,eləcə də,  bu qurumun “Əshabi Kəhf” ziyarətgahında  təşkil olunmuş turun videosu tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.Sonda Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas müəssisələri arasında Turizmlə bağlı keçirilimiş videorolik müsabiqəsində qalib olan tələbələrin layihə rəhbəri Mehman Şabanov çıxış edərək gənclərə yaradılan şəraitdən, göstərilən dövlət qayğısından danışmışdır.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image