“Naxçıvan” Universitetində Pedaqoji fakültənin Riyaziyyat və İnformatika kafedrasında müəllimlərin iştirakı ilə kafedra qarşısında duran bir sıra məsələlərin müzakirəsi ilə bağlı yığıncaq keçirilib. Yığıncağı kafedranın müdiri dosent Məftun Əliyev açıb.Yığıncaqda kafedranın akkreditasiyaya hazırlığı vəziyyəti, müəllimlərin açıq dərslərinin keçirilməsi,tələbələr arasında İKT sahəsində viktorinaların təşkili, bundan başqa, 2015-2016-cı tədris ilində yaz imtahan sessiyasına hazırlığın vəziyyəti və Tələbə Elmi Tədqiqat işləri ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
Məlumat üçün qeyd edək ki, qarşıya qoyulan məsələlərlə bağlı kafedranın dosentləri Elşad Ağayevin Gülarə Rəhimovanın, Məftun İsmayılovun, Nazim Mahmudovun da çıxışları dinlənilib.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi